Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
NƏŞR
is. [ər.] 1. Çap edib yayma, çap edilib yayılma. “Əkinçi” nin nəşri öz dövrü üçün böyük tarixi hadisə idi. □ Nəşr etmək - çap edib yaymaq. Kitab nəşr etmək. Qəzet nəşr etmək. - Hər biri şərh edər öz əfkarın; Nəşr edər aləmara asarın. A.Səhhət.
Dərc etmə, elan etmə. Qərarın nəşrindən 2 il keçib. □ Nəşr etmək - dərc etmək, elan etmək. Fərman nəşr etmək. Nəşr edilmiş, çapdan çıxmış kitab, jurnal, məcmuə və s. Azərbaycan Elmlər Akademiyasının nəşri. Kitabın ikinci nəşri.
Yayma, intişar etmə, dağıtma. □ Nəşr etmək - yaymaq, intişar etmək, saçmaq. Padşahı da mümkün imiş lağa qoymaq və onu xoruz şəklinə salıb dünyaya nəşr etmək?! Məmmədquluzadə. Kiçik bir lampanın ziyası evə xəstə və ölgün bir işıq nəşr edirdi. S.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....