Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
NƏŞƏLİ
sif. 1. Şən, şad, fərəhli. Ceyran çox nəşəli görünürdü, danışır, gülür, əylənirdi. S.Hüseyn. Bu gün nəşəlidir söylədiyim qız; Bir qızartı çöküb yanaqlarına. S.Vurğun. Könüllər nəşəli, ürəklər sərin; Bülbül kimi ötür şirin dillərin. R.Rza.
Ürək açan, ləzzət verən, zövq verən; xoş, gözəl. Nəşəli yer. - Gedirəm, yolum dağdı;
Gör nə nəşəli bağdı; Çəkərəm yar qəhrini; Nə qədər canım sağdı. Sarı Aşıq. Ancaq birdən gözlənilməz bir hadisə bizim bu qızğın, nəşəli ovumuzu yarımçıq qoydu. M.Rzaquluzadə.
Yüngülcə kefli, məst. // Zərfi mənasında. Nəşə ilə, ləzzətlə. [Yaşlı kişi] nəşəli bir qullab vurub tüstüsünü başından yuxarı sovuraraq, hekayəsini davam etdirməyə başladı. S.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....