Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
NƏSİB
is. [ər.] Qismət, hissə, pay, bəxtə çıxan şey, bəxt. □ Nəsib etmək (eyləmək) qismət etmək, uğruna çıxartmaq. Yarımı yar eylədin əğyarə, ey fələk; Etdin gülü nəsib genə xarə, ey fələk! S.Ə.Şirvani. Çoxdandır ki, sizin şərəfinizə piyalə qaldırmamışam, bu gecə iqbalımız bizə bu səadəti nəsib etmişdir. M.S.Ordubadi. Nəsib olmaq - qismət olmaq, bəxtinə çıxmaq, payına düşmək, çatmaq; müyəssər olmaq. [Pərzad:] ..Əyər mən vuran-yıxan oğlana nəsib olsaydım, sənə nəsib olardım. M.F.Axundzadə. [Vəliəhd:] Görüşə bildim, heç bir kəsə nəsib olmayan bir səadət ancaq mənə nəsib oldu. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....