Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
NƏRƏ3
is. [ər.] Hücum, həmlə, vuruş əsnasında bərk bağırma; bağırtı. □ Nərə çəkmək, nərə vurmaq - bərk bağırmaq. Koroğlu axırda bir dəli nərə çəkib, Dəli Həsəni götürüb yerə vurdu. “Koroğlu” . Nəbi bir nərə çəkdi ki, dağ-daş titrədi. “Qaçaq Nəbi” . // Ümumiyyətlə bərk qışqırıq; çığırtı. Muradqulu və Heydərqulunun nərələri evə bir elə vəlvələ saldılar ki, guya elə bu saat dünya və aləm dağılacaq? C.Məmmədquluzadə. [Rüstəm kişi] birdən elə nərə çəkib qışqırdı ki, səsinə çöllər titrədi. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....