Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

NƏR

sif. [fars] 1. Erkək (dəvə). Sarbanın yerə yatırdığı nər dəvə onu belinə aldı, sonra nərildəyərək ayağa qalxdı. Ə.Məmmədxanlı. // İs. mənasında. Qoyun, quzu, at, eşşək; Salmış çölə qalmaqal; Dəvə, maya, nər, köşək; Lökləyirlər dalbadal. A.Səhhət. Haça buğurlar, dizi qara nərlər, gözəl arvanalar.. qoyun sürülərinin dalınca gəlirdilər. Ə.Vəliyev.
2. məc. Qorxmaz, güclü, qüvvətli, cəsarətli. Qovğa günü öyündüyüm; Nər dəlilər yerindəmi? “Koroğlu” . Onun səadətini qoruyan nər oğullar; Sizin qollarınızda yeddi aslan gücü var! N.Rəfibəyli. □ Nər kimi - qorxmadan, cəsarətlə, igidcəsinə. Nər kimi meydana atıldı. Nər kimi vuruşmaq. - Mərd olub nər kimi girək meydana; Gücümüzü göstərək bu gün divana. “Qaçaq Nəbi” . Bir qoçağam, qoç nər kimi yaşaram! M.Ə.Sabir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....