Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
NEŞTƏR
is. [fars.] 1. Sancan heyvanlarda (əqrəb, arı və s.-də) sancdıqları yerə zəhər buraxmaq üçün orqan. Əqrəb kimi neştər gücü var dırnağımızda. M.Ə.Sabir. //Məc. mənada. Allah yaman gözdən saxlasın, gözəl ceyildir. Düşmən gözünün neştəridir. M.S.Ordubadi.
2. Yaranı, çibanı və s. yarmaq, deşmək üçün ikiağızlı, itiuclu cərrah bıçağı. [Kəlbalı] yəhərqaş xurcunda həmişə neştər və biz gəzdirər. S.Rəhimov. Zabit elə bağırdı ki, sanki.. yetişmiş çibanına neştər soxdular. Ə.Vəliyev Neştər kimi - ucu çox iti şey haqqında. ..[Qızın] kirpikləri isə bir neştər kimigöz bəbəklərini yarmağa çalışırdı. M.S.Ordubadi. ..[Qızın] bu yanıqlı sözləri və kədərli baxışı qocanın qəlbinə neştər kimi sancıldı. A.Şaiq. Neştər vurmaq - b a x neştərləmək. Aşiqəm bir dəm ara; Neştər vur bir damara; Məni zülfün vurubdu; Vurdurma bir də mara. (Bayatı).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....