Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
NEMƏT
is. [ər.] 1. Yaşamaq üçün lazım olan şeylərin məcmusu (yeyəcək, içəcək və s.); rifah. ..Bazar-dükanda cəm olan dünyanın hər bir neməti yeməli və içməli qəbilindən - hamısı həməvaxt şəhər əhli üçün mühəyyadır. C.Məmmədquluzadə.
2. məc. Xoşbəxtlik, səadət, yaxşılıq. [Heydər bəy:] İki il çöllərdə dərdinlə gün keçirib axır ki, arzuma yetişdim. Bu nemətin şükrünü yerinəyetirə bilmənəm. M.F.Axundzadə. Sözüm oradadır ki, doğrudan uşaqlıq bir gözəl nemət imiş ki, əldən çıxdı. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....