Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

NEFTÇİ

is. 1. Neft sənayesi işçisi, həmçinin neft mütəxəssisi (mühəndis, texnik və s.). [Qüdrət:] Sevmək lazımdır gəncləri! Onlardan qorxmaq, özgələrinə yaraşsa da, biz neftçilərə qətiyyən yaraşmır. M.Hüseyn. Xəzər gülür, min qat düşür göy sulara; Bir neftçinin alnındakı qatlar kimi. Z.Tahir.
2. köhn. Neft alveri ilə məşğul olan, neft satan. Neftçi dükanı. - Bakıda iri ticarətlə məşğul olan düyüçülər, xuşgəbarçılar, ipəkçilər, xalçaçılar, qara neftçilər də az deyildi.
Sarabski. [Müəllim:] Yaxşı, otur. Sən oxu! Suçuya 3 manat 87 qəpik verilməlidir, neftçiyə 4 manat 20 qəpik. Ü.Hacıbəyov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....