Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
NEÇƏ
1. Əşyanın miqdarını müəyyənləşdirmək üçün işlədilən sual əvəzliyi: nə qədər, nə miqdar. Neçə kitab aldın? Bu gün neçə yerə getmisən? Neçə şagirddən dərs soruşdun? - [Məşədi İbad:] Qardaşoğlu, haqqhesabımız neçə elədi? Ü.Hacıbəyov.
əvəz. Zaman bildirən isimlərdən əvvəl gələrək onların qeyri-müəyyənliyini bildirir. Neçə yüz ildən sonra biz də o məqama çata bilərik. C.Məmmədquluzadə. Neçə dəqiqə idi, sakitlik bərpa idi. Çəmənzəminli.
əvəz. “Saat” sözündən sonra gələrək vaxtı öyrənmək üçün sual məqamında işlədilir. Saat neçədir? Saat neçədə gələcək?
əvəz. Çox, çoxlu; bir neçə. [Əliməmməd Vaqifə:] Neçə belə bayramlar görək, kefimiz kök, damağımız çağ olsun! Çəmənzəminli. Üstündə ahı var neçə qəribin; Çeşməli dağların, sulu dağların. B.Vahabzadə.
Is. mənasında. Birdən artıq (çox) adam. Şirvanın küçələri; Banlayır beçələri; Çağırdım öz yarımı; Hay verdi neçələri. (Bayatı). Neçəsinin əli dolu; Neçəsinin əli boşdur.
Vahabzadə. [Sərvnaz:] Hümmət sənin [Şahpəri] fitvanla neçələrini gözümçıxdıya saldı? B.Bayramov. □ Bir neçə - bir miqdar, qeyri-müəyyən miqdarda. Bir neçə adam.
Neçəyədir, neçədəndir şəklində - qiyməti nə qədərdir, bahası nədir. Kitab neçəyədir? Parçanın metri neçəyədir?
neçə-neçə zərfi Bir çox, çoxlu, bir neçə. Neçə-neçə ölkələr gəzib. Neçə-neçə illər gəlib keçib. Bu işin neçə-neçə səbəbləri var. Neçə-neçə qərinələrdən bəri müsəlman elə xəyal eləyir ki, “şeytan” adında onun bir düşməni var. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....