Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
NAZLANMAQ
f Naz eləmək, işvə etmək, naz satmaq. [Koroğlu:] Qarı deyəndə tozlanır; Gəlin deyəndə nazlanır. “Koroğlu” . Sara xanım bu sözdən sonra qara kirpiklərini bir-biri üzərinə tikərək nazlandı.. M.S.Ordubadi. Qarşımda nazlanıb yenə gülürsən; Bilsən gülüşlərin nəyə bənzəyir? M.Müşfiq. // Obrazlı təşbehlərdə. Nazlandıqca sərin külək; Sahillərə sinə gərək. S.Vurğun. Ay gümüş dalğalarda nazlanır gəmi kimi. N.Rəfibəyli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....