Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

NAZƏNİN

sif. [fars.] şair. Nazlı, işvəkar, cilvəli; incə və gözəl. Sorma, heç sorma, nazənin Xavər; Məni məhv etdi iztirabü kədər. Cavid. [Gəray:] Günəş öz aləmində seyr edəli; Görməmiş böylə nazənin gözəli. A.Şaiq. Doğrusu, belə bir nazənin sənəmin sumkasının boş olmasına insafım yol vermədi. Ə.Haqverdiyev. // İs. mənasında. Ey nazənin, bu gen, geniş dünyada; Namusu əğyarə satmaq nədəndir? Qurbani. Bu gün, bayram günü səhni-çəməndə; Gördüm nazəninlər xürrəm oturmuş. Q.Zakir. Salon. Qabaq sırada əyləşib bir nazənin; Əynindəki paltarı alışdımyandımdandır. R.Rza. // Gözəl, lətif, məlahətli. // Naz və nemət içərisində böyümüş, naz və nemətə alışmış.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....