Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
NAZ
is. [fars.] 1. Özünü bəyəndirmək, istətmək məqsədi ilə edilən saxta, süni hərəkət; şivə, işvə, qəmzə. Belə işvə, belə qəmzə, belə naz; Belə qamət, belə gərdən olurmu? Q.Zakir. [Mirqasım:] Matanda naz və şivə əsla yox idi. Çəmənzəminli. □ Naz eləmək (qılmaq, satmaq, göstərmək) - nazlanmaq, əzilib-büzülmək, naz və işvə etmək. Bir belə cavanın ağlı kəm olsa; Baxasan ki, sevgisinə naz eylər. M.P.Vaqif. Hərçənd xublərdə bu adətdi, naz olur; Sən tək və leyk naz qılan yar az olur. S.Ə.Şirvani. Qızlardan birisi naz sata-sata həkimə bir şey anlatmağa başladı. Mir Cəlal.
Bax naz-nemət. [Nəsir] istəyəcəkdi ki, qardaşı kimi naz və nemət içində yaşasın. S.Hüseyn. Ata-ana nazı ilə böyümüş Budaq indi çox şeyə tamarzı qalırdı. Ə.Vəliyev.
məc. Nazənin, nazlı qız mənasında. Qızdı, nazdı, min tümən azdı. (Məsəl). [Nigar xanım:] Düşər daşın, qalar leşin; Dağlar, üç nazı neylədiz?! “Koroğlu” . Özünü bəyənməyən kimi göstərmə, bir şeyi qəbul etmək üçün özünə yalvarmağa, xahiş etməyə məcbur etmə (adətən “eləmək” feli ilə). Naz eləyir, alacaq. - [Sultan bəy:] Yaxşı, yaxşı, naz eləmə, bilirəm ki, ürəyində sevinirsən. Ü.Hacıbəyov.
Şıltaq, ərköyünlük. □ ...nazı ilə oynamaq - ...dediyini eləmək, ...istəyinə əməl etməyə, hər tələbini, şıltağını yerinə yetirməyə çalışmaq. Uşağın nazı ilə oynamaq. [Səlimə:] Mən sənə ana olmuşam, bacı olmuşam, həmişə sənin nazınla oynamışam. Ə.Haqverdiyev. [Vahidov:] Şöhrət də övlad kimidir, Fizzə, olmayanda qüssəsini çəkirsən, olanda gərəknazıyla oynayasan. Ə.Məmmədxanlı. Nazını çəkmək - çox əzizləmək, hər əziyyətinə dözmək, hər istəyinə əməl etmək. Gözün gər içsə qanım nazını çəkmək münasibdir. S.Ə.Şirvani. [Atabala Arazın] hər nazını çəkir, hər şıltağına dözür. A.Şaiq. Nazla şəklində zərf - əzilə-əzilə, naz eləyərək, naz və qəmzə ilə, nazlı-nazlı. Nazla danışmaq. Nazla yerimək. - Qərq olsun yaşıla, ala sərasər; Naz ilə sallana-sallana gəlsin. Q.Zakir.
□ Özünü naza qoymaq - əzilib-büzülmək, əda göstərmək, naz eləmək. Qızlar Güldanədən oxumasını xahiş etdilər. O, əvvəlcə özünü naza qoydu, razı olmadı. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....