Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
NAÜMİD
sif. və zərfi[fars.] Ümidsiz, ümidini itirmiş (halda). Candan qəmin içrə naümidəm; Şəmşiri-cəfa ilə şəhidəm. Füzuli. Züleyxa gəlib ağlaya-ağlaya əhvalatı Aslana söylədi, o da naümid evə qayıtdı. C.Cabbarlı. Naümid etmək (eləmək) - ümidsiz etmək, ruhdan salmaq, ümidini boşa çıxartmaq, ümidini kəsmək. Əliqulu heç kəsə rədd cavabı vermirdi, heç kəsi naümid eləmirdi. S.Rəhman. Naümid olmaq - ümidsiz olmaq, ümidini itirmək (kəsmək), ruhdan düşmək, əlini üzmək. [Qazı Xudayar bəyə:] Əgər səndən bədgüman və naümid olsa idim, heç bu qədər danışmağa durmaz idim sənnən. Məmmədquluzadə. Fərəc yenə naümid olmadı. Qantəmir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....