Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
NATİQ
is. [ər.] 1. Nitq deyən, nitq söyləyən; çıxış edən. Natiqlər coşaraq söylər azadlıq; Bir çoxu hayqırır: haqq verin bizə! A.İldırım.
Yaxşı danışmaq qabiliyyətinə malik olan, gözəl danışmağı bacaran, natiqlik məharəti olan. Lütfəli bəy uzunboylu, .. şirindilli və natiq bir adam idi. İ.Musabəyov. Uca kürsülərdən danışanda mən; Həm natiq oluram, həm də dinləyən. B.Vahabzadə.
köhn. Danışan, söyləyən, deyən. [Münəvvər:] ..İnsan eşitdiyi sözün natiqinə baxıb haman sözü qəbul edər. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla