Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
NAŞÜKÜR
sif. [fars. na... və ər. şükür] Yaxşılığa qiymət verməyən, yaxşılıq bilməyən; qədirbilməz, nankor. Naşükür adam. [Şəhrəbanu xanım:] Bu fırənglər necə naşükür xalq olurmuşlar. Heç yaxşılıq bilməzmişlər. M.F.Axundzadə. [Cəmil:] Axı mənə deyən gərək, sənə nə düşüb ki, naşükür adama yaxşılıq edirsən? M.Hüseyn. □ Naşükür olmaq - edilən hörmətdən, yaxşılıqdan məmnun qalmamaq, heç bir şeydən razı düşməmək, öz taleyindən şikayətçi olmaq, yaxşılıq bilməmək. [Piri baba:] Yasəmən, səbr et, naşükür olma! S.S.Axundov. [Qacar:] Yaxşı, gəl əl götür bu inadından; Bu qədər naşükür olmasın insan. S.Vurğun.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....