Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

NARIN

sif. 1. Son dərəcə xırda, toz kimi. Narın torpaq. Narın qar. - Yenə saymazyana qırmaclayaraq Abşeronu; Sovurur xəzri narın qumları hiddətlə budur. S.Rüstəm. Yaşılyarpaqlardan asta-asta damcılar damır, narın çiskin təpəl camışın saçaqlı tüklərindən üzüaşağı süzülürdü. S.Rəhimov.
2. məc. Zərif, incə, nazik. Narın tük. Narın söz. - ..Uzaqdan incə və narın ahənglə çalğı səsi eşidilməyə başlar. H.Cavid. Qalxan dumandan çöllər narın sapdan hörülmüş tora bürünmüş kimi görünürdü. Ə.Əbülhəsən. // Zərf mənasında. Narın danışmaq. Narın yerimək. - Könül sən ki, düşdün eşqin bəhrinə; Narın çalxan, narın silkin, narın üz. Aşıq Ələsgər. Gəlin nə narın süzürdü! Nə dadlı səkirdi! Çəmənzəminli.
narın-narın zərf Xırda-xırda, kiçik-kiçik. Narın-narın addımlamaq. - Adım yazdır, gələndə mən yağış yağar .. narın-narın; Ruhu gülər torpaqların. S.Vurğun. Şəhərin işıqları gecənin qaranlıq pərdəsini yırtır və sanki narınnarın tökülən yağışa yol açırdı. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....