İzahlı lüğət

NARAZI

sif. [fars. na... və ər. razı] Razı olmayan, narazılıq ifadə edən; qeyri-məmnun, incik. Narazı cavab. Narazı ton. - Gözəl qız, sənin bu narazı baxışların mənim buradan getməyimi tövsiyə edir. M.S.Ordubadi. // İs. mənasında. Çünki məmləkət daxilində yaşayan narazılar sərhəd xaricində olan düşmənlərin müttəfiqləridir. M.S.Ordubadi. Narazı qalmaq (olmaq) - razı düşməmək, razı qalmamaq, məmnun olmamaq, incik düşmək. Salam Həbibin cavabından narazı qaldı. Mir Cəlal. Bu gözəl hər kəs idisə, qəzasından narazı olduğu nəğməsindən aşkar görünürdü. A.Divanbəyoğlu. Firəngiz köhnə şoferi dəyişib, [Şahini] qəbul eləyəndə anası narazı olmuşdu.. B.Bayramov. Narazı salmaq - özündən incitmək, küsdürmək, rəncidə etmək. Yoldaşını özündən narazı saldı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed