Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
NARAHAT
sif və zərf [fars. na... və ər. rahət] 1. Rahatlığı, dincliyi pozulmuş; rahatsız, rahatlığını itirmiş, təşviş və təlaş içərisində olan. Narahat vəziyyət. Narahat adam. Qəhrəman bütün gecəni narahat yatmışdı. S.Rəhimov. Ovçu dostum narahat bir nəzərlə mənim üzümə baxdı. M.Rzaquluzadə. Narahat etmək - 1) rahatsız etmək, istirahətini, rahatlığını pozmaq, əziyyət vermək, incitmək. Vurma şanə zülfünə narahət etmə könlümü. M.Ə.Sabir. [Nadiri] narahat edən məsələni Məciddən soruşmaq istəyirdisə də, cürət etməyirdi. B.Talıblı; 2) həyəcana salmaq, təşvişə salmaq, təlaşa salmaq, qorxutmaq. Hiss edirdim ki, mənim hüzurum və söhbətim [Ağaverdini] narahat edir. S.Hüseyn. ..Solmaz burada olsaydı, Şiraslan özünü narahat edən ürək sözlərini ona açar(dı). S.Rəhimov. Narahat olmaq - 1) rahatlığı, dincliyi pozulmaq; 2) həyəcana, təşvişə, təlaşa düşmək, iztirab keçirmək, nigaran olmaq. Əminə isə indi ən çox dəvəçilər haqqında narahat olur. Ə.Əbülhəsən. Birinci dəfə həkim nəbzini tutan vaxt Əziz bu cür narahat olmamışdı. Ə.Vəliyev.
2. Rahat olmayan, münasib olmayan, uyğun olmayan, rahatsız edən, naqolay. Narahat yer. Narahat oturacaq. - O, narahat maşında da, açıq havada da, quru yerdə də yatıb yuxusunu alır. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....