Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
NAMUS
is. [ər.] 1. İnsanın öz şəxsi və ictimai davranışmı təyin edən mənəvi və əxlaqi prinsiplərin məcmusu; şərəf, qeyrət, heysiyyət. [İmamverdi:] Bəy, namus bir bəyzadələrdə deyil, kasıb-küsubun da özünə görə namusu var və namusum da məni qeyzlənməyə vadar eləyir. Ə.Haqverdiyev. [Nazlı:] Maral! Maral!.. Həyat beşgünlükdür, fəqət namus... Namus əbədidir. H.Cavid. [Babası Fatmaya:] Sənin namusun olsa, mənim qapıma gəlməzsən, itil gözümün qabağından, çəngi! Çəmənzəminli. □ Namusdan salmaq - ləkələmək, abırdan salmaq, biabır etmək, rüsvay etmək. Namusuna qısılmaq abır gözləmək, öz heysiyyətini, şərəfıni gözləmək. Namusuna toxunmaq - bax qeyrətinə toxunmaq (“qeyrət” də). [Mərcan bəy:] Buraxın, məni tutmayın, bu saat mən bu kişini qanına bələşdirim, bu mənim namusuma toxunan işdir. Ü.Hacıbəyov. Namusunu satmaq - özünü rüsvay etmək, abırdan salmaq, öz heysiyyət və şərəfini atmaq. [Səttar xan:] Namərd sən özünsən, sən həm bacının, həm də vətənin namusunu satmaq istəyirsən. M.S.Ordubadi. [Gülnaz] qaravaş kimi işləyir, amma namusunu satmağa razı olmur. M.İbrahimov. // Bəkarət, ismət, təmizlik.
2. Namusla şəklində zərf - 1) şərəflə, şərəf və heysiyyətini gözləyərək. Namusla yaşamaq. - Mən deyirəm; Bu namusla yaşayanlar bəxtiyardır. S.Vurğun. Namusla sürmüşəm öz dövranımı; Verərəm haqq üçün şirin canımı. M.Rahim; 2) çox yaxşı, yüksək səviyyədə, əla surətdə. Namusla işləmək. Öz vəzifəsini namusla və vaxtında yerinə yetirmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....