Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
NAMƏHRƏM
[fars. na... və ər. məhrəm]
is. İslam dininə görə, qadının yaşınmalı olduğu kişi, yaxud kişinin görməyə ixtiyarı olmadığı qadın (qız). Naməhrəmdən yaşınmaq köhnədən qalma adətdir. - [Məşədi Qədir:] Yəni arvadlar gərək üzlərini açsınlar, naməhrəmlər də onlarla söhbət etsinlər. T.Ş.Simurq.
sif. Şəriətə görə, məhrəm olmayan. [Sona xala:] A qoca qarı, heç həya etmirsən ki, üzünü açıb bu naməhrəm kişilərə göstərirsən. S.S.Axundov. [Yaşlı kişi:] Mən yad və naməhrəm qadınları qonaq saxlamağa hazır deyiləm, - dedi. S.Hüseyn.
sif. Yad, özgə, kənar. Xotkar özü tapşırıb ki, gərək bir naməhrəm adam Nigar xanımın boyunu görməsin. “Koroğlu” .
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....