Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

NAQQALLIQ

is. Boş-boş danışma; boş-boğazlıq, çərənçilik. [Nəcəf:] Sən naqqallıqdan nə vaxt əl çəkəcəksən? Bu iş sənə baha oturar. Q.İlkin □ Naqqallıq etmək (eləmək) boş-boş danışmaq, çox danışmaq, boş-boğazlıq etmək, çərənləmək. [Qıdı Kirvə:] ..Bağışlayasız, çox naqqallıq elədim, gedim görüm, qatırlarım necə oldu. N.Vəzirov. [Allahverdi İmamverdiyə:] Naqqallıq eləmə, yeri görüm! Cabbarlı. [Səfər bəy:] Bu gün Mirzə Turabın başı bir dəfə dolmuşdur, naqqallıq eləyir. B.Talıblı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....