Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
NAQİS
sif. [ər.] 1. Tam və mükəmməl olmayan, yarımçıq, natamam, əskik. Naqis kitab. Naqis məktub. - Çağırdı yarımı əğyar, qaldı ülfəti naqis. S.Ə.Şirvani.
Eyib və qüsuru olan; nöqsanlı, eyibli, qüsurlu. Cahangir ağa zəif iradəli, naqis ağıllı, düşkün fikirli bir adam idi. Ə.Vəliyev. □ Naqis etmək - nöqsanlı etmək, şikəst etmək. [Həsən ağa:] Hüsnü xanım mənə yalvararaq: - Nə üçün məni naqis edirsən? - dedi. M.S.Ordubadi.
riyaz. köhn. Çıxma əməli. Beş naqis iki elər üç.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....