Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

NAXIR

is. Bir yerdə otlayan mal-qara sürüsü. ..Şiddətli çovğun başladığı üçün naxır çöldən tez qayıtdı. S.Hüseyn. Naxır tozlu yollardan axışıb gəlirdi. Mir Cəlal. □ Naxıra getmək - naxır otarmaq, naxırçılıq etmək. ..Mövlamverdi kişi Nikolay vaxtı Güneyqışlaqda ən yoxsul adam olub naxıra gedərmiş. İ.Əfəndiyev.
□ Bir naxır dan. - olduqca çox, sayca çoxlu. [İmamqulu:] Zarafat deyil, qardaş, bir naxır külfətim var. N.Vəzirov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....