Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
NAHAMAR
sif. [fars. nahəmvar] 1. Kələkötür, girintili-çıxıntılı, çala-çuxur, hamar olmayan. Nahamar yer. Nahamar taxta. - Sərbəndin nahamar olması [ustanı] ayağının da birini qaldırıb havada fırlamağa məcbur etdi. Çəmənzəminli. Nahamar yolda maşın atılıb-düşəndə az qala [frəngizin] beyni tərpənirdi. B.Bayramov.
2. məc. Kobud, qaba, yöndəmsiz, biçimsiz. Nahamar adam. - Ibrahim başını qaldırıb baxanda gördü, bu bir nahamar ifritədir ki, alt dodağı yer süpürür, üst dodağı göy süpürür. (Nağıl).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....