Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
NAHAQ
sif. [fars. na... və ər. həqq] 1. Haqsız, ədalətsiz, haqq və insafa müğayir; qanunsuz. [Yusif şah:] Hakimi-vilayətlərə mənim tərəfimdən elan edərsiniz ki, Allahdan qorxsunlar, nahaq iş tutmasınlar.. M.F.Axundzadə.
2. Əbəs, yersiz, boş, bihudə. Nahaq iş. - Nə layiqdir sənin kimi sərvərə; Bais ola belə nahaq işlərə. Q.Zakir. Nahaq söz od vurar qəlbə, fəqət haq söz keçər daşdan. S.Vurğun. □ Nahaq yerə - boş yerə, əbəs, heç bir ehtiyac olmadan. Nahaq yerə gəlmək. Nahaq yerə cəncəl işə qarışdı. - [İbrahim bəy:] Mən bilmirəm, o kimə yamanlıq etmişdi, biçarə lap nahaq yerə bədbəxt oldu. N.Vəzirov. [Mirzə Cavad:] Ay balam, nahaq yerə bu əziyyət nə lazımdır, niyə özünü incidirsən? Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....