Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
NAĞILÇI
is. 1. Çox nağıl bilən və onları məharətlə danışmağı bacaran adam. Nağılı nağılçıdan öyrən. (Ata. sözü). [Molla Abbas:] Necə nağıl de? Nə zəvzək danışırsan?.. Mən vaizəm, yoxsa nağılçıyam ki, sizə nağıl deyəm? C.Məmmədquluzadə. [Əsgər] nağılçı deyil. O sənə Leyli və Məcnun məsələsini misal göstərdi. M.S.Ordubadi.
2. Çoxdanışan, çərənçi, boş-boğaz, naqqal, lağlağı; uydurmaçı. [Məşədi Rüstəm:] Bizə nə versələr, ikiqat qiymətini alsınlar. Sən nə nağılçı kişisən. R.Əfəndiyev. Danabaşlılar [Xəlili] “nağılçı” , yaxud “qəzetçiXəlil” adlandırırlar. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....