Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BÜZÜŞMƏK
f 1. Yığılmaq, yığışmaq, bürüşüb kiçilmək, quruyub yığılmaq, solmaq, pəjmürdə olmaq. [Məşədi Kazım ağanın] kirpikləri bir-birinə qarışıb, bütün vücudu ölüşgəmiş və əndamı quru alma kimi büzüşmüş(dü). M.S.Ordubadi.
Ütüsü və hamarlığı pozulub qırış-qırış olmaq (paltar, kağız və s.).
Turş bir şeyin təsiri ilə yığılaraq çəkilmək, qamaşmaq. Göyəmdən ağzım büzüşdü.
B a x büzülmək 2-ci mənada. Yabançı bir adam kimi büzüşüb oturan Qulu furqona bir soyuqluq gətirdi. M.İbrahimov. Tapdıq .. büzüşüb qapıya söykəndi. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla