Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

BÜSAT

is. [ər.] 1. Müəyyən qayda və üsullarla tərtib edilmiş şənlik, məclis, bayram, yaxud təziyə; mərasim. Qonaqlıq büsatı. Toy büsatı. Matəm büsatı. - Qızlarım, çay büsatını idarə edin, - deyə onlara əmr edincə dördü də samovarın ətrafında toplandı. M.S.Ordubadi. Matəm büsatı qurulmuş, ağlaşma başlanmışdı. A.Şaiq.
// Obrazlı təsvir və təşbehlərdə. Eşq dövranı, mənə tapşırdı Məcnun növbətin; Xali olmaz nəqşiərbabi-vəfadən bu büsat. Füzuli. Qəm büsatın xətm edibdir dövr Seyyid adına.S.Ə.Şirvani.
2. məc. Təmtəraq, dəbdəbə, dəsgah. [Mirzə Əsgər:] Bəyim doğru deyir, sizin evin büsatı heç yerdə yoxdur. N.Vəzirov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....