Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BÜLLUR
is. [ər. əsli yun.] 1. Şəffaf və parlaq daş.
□ Dağ bülluru - optikada və zərgərlikdə işlənən şəffaf rəngli mineral.
Xüsusi parlaqlığı və işığı sındırmaq qabiliyyəti olan əla şüşə növü. Büllur güzgü. Büllur qab. Büllur güldan. Büllur qədəh.
Bu gün bir qız gördüm işvəli, nazlı; Büllur pəncərədən baxdı, qayıtdı. Aşıq Hüseyn Mayil. Tam süfrənin üzərindən, xas boya və zərlə işlənmiş tavandan büllur bir çilçıraq asılmış, qəndillərinə sarı şamlar düzülmüşdü. Çəmənzəminli.
sif. Şəffaf, dumduru, parlaq, təmiz, saf mənasında. Almadır yanağı, büllur buxağı; Dodaqları meyli, məzəli, güllü. Aşıq Ələsgər. Yarpaqlar uclarından sallanan damcıların büllur kimi ətrafa saçdıqları nur içində parılparılyanırdı. A.Şaiq. Alagözlü Girdman dilbəri büllur çeşmədən buz kimi soyuq su gətirib, yaralı cəngavərə verdi. M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....