Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BÜKMƏK
f 1. Müəyyən qaydada qatlamaq. Köynəyi bükmək. Kağızı bükmək. - O biri səkilərdə də usta bükən sayaq çoxluca paltarlar bükmüşdülər və üstlərinə də cürbəcürə papaqlar qoymuşdular. Çəmənzəminli.
// Örtmək. Qadın sualımın bir müsahibə şəkli aldığını görüncə əlindəki kitabı bükdü. S.Hüseyn.
Sarımaq, bürümək. Şeyləri kağıza bükmək. - Hədiyyə bir parça çörək götürüb, qəzetə bükdü.. Mir Cəlal.
// Tütünü kağıza qoyub papiros düzəltmək. ..Şamil isə cibindən tütün qutusunu çıxarıb, yoğun birpapiros bükdü. M.Hüseyn.
Əymək. Nikişin zabitin çiyinlərindən tutub, dala bükdü. M.İbrahimov. Yay kimi bükərək ayaqlarını; Qəfildən sıçradın qaranlıqlara. R.Rza.
Qatlayıb tikmək, sırımaq. Dəsmalın qıraqlarını bükmək.
□□ Abrını ətəyinə bükmək - bax abır. Belini bükmək - b ax bel. Boynunu bükmək - bax boyun. Büküb-bükmələmək
yıxmaq, basmaq, əzişdirmək. Məşədi Əsgər o qədər zorlu idi ki, üç-dörd heylə hambalları büküb-bükmələyib əzişdirə bilərdi.S.M.Qənizadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....