İzahlı lüğət

BUYURMAQ

f 1. Əmr etmək, hökm etmək. [Şah] bir dəqiqədən sonra başın qaldırıb Mirzə Sədrəddinə buyurdu ki: - Xub, mürəxxəssən, get. M.F.Axundzadə. [İvan bəy:] Səsini kəs, buyuraram başına yüz tatarı vurarlar. N.Vəzirov.
// Eyni mənada nəzakət və hörmət üçün deyilir. [Novruzqulu:] Kəbleyi, nə vaxt buyurursunuz şirni içməyə gələk. H.Sarabski.
köhn. Söyləmək, demək, təklif etmək (hörmət və nəzakət ibarəsi olub, bəzən zarafat, yaxud kinayə və istehza üçün deyilir). Nə buyurursunuz? - [Pirverdi bəy:] Bir sözü ki, böyüklərim mənə buyurublar, mən gərək ona əməl eləyəm. C.Məmmədquluzadə. [Səftərqulu:] Ağlım yoxdur, ağlı haradan tapım, buyur, görək! N.Vəzirov. [Kazım ağa:] Yoldaş özü buyurdu ki, dur get evə, qonaqlar gələcək, hazırlıq gördür. M.S.Ordubadi. [İlyasov:] Əyləş, Kazım dayı! Ümumi sözü deməyə nə var; buyur gəlsin, eşidirəm. Mir Cəlal.
Getmək, gəlmək (hörmət və nəzakətlə deyilir). Bu axşam bizə buyurun. Nə vaxt buyuracaqsınız?
köhn. Etmək mənasında (hörmət üçün deyilərdi). [Qətibə xanım:] Əlahəzrət xoş gəlib, səfa gətirib, həqir olan malikanəmizi öz qədəmləri ilə müzəyyən buyurmuşlar. M.S.Ordubadi.
Əmr formasında: buyur, buyurun nəzakətlə dəvət, müraciət, təklif bildirir, yaxud bir şeyi təqdim etdirdikdə deyilir. Dedim: - İndi ki, deyirsən bir məhəllənin uşağıyıq, xub, xoş gördük, buyur gedək, qonağımız ol! C.Məmmədquluzadə. İlyasov masanın üstündəki qəzetləri dəstə ilə Kazımın qabağına qoydu: - Buyur, bax, [dedi]. Mir Cəlal. [Musa kişi:] Mənə qonaq gəlmişsiniz, buyurun içəri, gözüm üstə yeriniz var! M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

BOT

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed