Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BURUN
is. 1. İnsan və heyvanın üzündə iybilmə və tənəffüs orqanı. Dik burun. Düz burun. Yastı burun. Burun pərdəsi (burun deşiklərinin arasındakı pərdə).
Müxtəlif şeylərin, alətlərin və s.-nin uc tərəfi, irəli çıxan hissəsi. Çəkmənin burnu. Dəhrənin burnu. Külüngün burnu.
□ Burun vurmaq - tənəklərin uclarını kəsmək.
coğr. Qurunun, dənizin içinə girən dağlıq, qayalıq hissəsi. Zığ burnu. Ümid burnu.
Bakının cənub tərəfində dənizə doğru uzanan iki burun vardır. H.Sarabski.
Burnu qanamamaq - heç bir zərər görməmək. [Əbülhəsən bəy:] Müvəffəq olduq, bir nəfərin də burnu qanamadı, yenə də silahları və patronları aparıb .. təhvil verdik. M.S.Ordubadi. İnsanların bu mübarizliyi mal-qaranı fəlakətdən xilas etdi. Bir buzovun da burnu qanamadı. R.Rza. Burnu ovulmaq - cəzalanmaq. [Müəllimə:] Hərijin nə burnu ovuldu! Mir Cəlal. Burnundan düşmək - tamamilə oxşamaq, eyni olmaq. Burnundan gəlmək - ziyan görmək, zərər çəkmək, xeyrini görməmək, çox pis nəticələnmək. Burnunu ovmaq - cəzalandırmaq. [İbrahim xan:] Kəlbəli qudurub, məni tanımaq istəmir. Onun burnunu ovmaq lazımdır. Çəmənzəminli. Burnunu yuxarı tutmaq iddialanmaq, lovğa olmaq, təşəxxüs satmaq, başqalarına xor baxmaq. Burnunun ucu göynəmək - əldə edilə bilməyən bir şeyi çox arzu etmək, həsrətini çəkmək. Burnunun ucunda - lap yaxmlıqda.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....