Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BULUNMAQ
f 1. Tapılmaq. Bulunur hər dərdə istərsən gülüstanda dəva. Füzuli. Dərmansız dərdimə bulunmaz çarə; Müyəssər olmasa visalın, Pəri! Mirzəhəsən.
Olmaq. Maye halında bulunan şeylərin şəkli olmaz, onu hansı qaba töksən, o qabın şəkli və qalıbında olur. H.Zərdabi. Əcəba, bir yeni afətmi yetib, ya nə üçün; Bulunursuz belə bir hali-fəlakətdə bu gün? M.Ə.Sabir. Bahadır Yusiflə bir böyük, gözəl bəzənmiş zalda bulundular. N.Nərimanov.
Bəzi sözlərə qoşularaq mürəkkəb feil düzəldir. Axşamlar [Məşədi Məmməd] Səmədin yanına gəlib bir günlük fəaliyyəti haqqında məruzədə bulunardı. B.Talıblı. Xalq adından çıxışda bulunan bu adamları Məmmədquluzadə boşboğaz adlandırırdı. M.Arif.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....