Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BULAQ
is. 1. Yerin altından sızıb çıxan sərin, soyuq su mənbəyi; çeşmə, qaynaq. Bulaq başdan bulanar. (Ata. sözü). \Şirvan vilayətinin] xoş havalı yaylaqları, şirin bulaqları və hər iki tərəfə axan çoxlu çayları vardır. A.Bakıxanov. \Cahan:] Camaatın qara su içməkdən hamısının qarnı şişib; çalışıb kəndə bir bulaq gətirmək lazımdır. Ə.Haqverdiyev. Kurort şəbəkəsini inkişaf etdirmək üçün mineral bulaqlar, müalicə palçığı yataqları, müalicə nefti və sairə .. olmalıdır. M.Qaşqay.
□ Bulaq başı - bulaq üstü, bulaq kənarı, seyrəngah. Laçın bulaq başına yetişəndə durdu, dörd yanına boylandı. M.Hüseyn. Günəşə çatmağa çalışan bu ağacın altı bulaq başı kimi şənlik olurdu. Mir Cəlal.
// məc. Şairanə təsvir və təşbehlərdə. Əldə ayna gözə sürmə çəkəndə; Ala gözün bulağından öpəydim. M.P.Vaqif. Sənin sənət bulağından neçə nəsil şərbət içdi. S.Vurğun.
məc. Mənbə, qaynaq, qaynayıb daşan şey. Şərabxanadə baş xum ayağına qoydum; Nə bak düşməyə gər kövsərin bulağı ələ.S.Ə.Şirvani. Neftin bulağını, dağları qoru! R.Rza.
□□ Bulaq başına (çaya) susuz aparıb, susuz gətirmək - çox hiyləgər, çoxbilmiş adam haqqında. [Yaqub:] Möhsün bəy və yaxud Həsən bəy kimi hər bir incinarı bulaq başına susuz aparıb, susuz da gətirərəm.
Talıblı. Göz bulagı - gözün yaş damcılayan yeri, gözün buruna tərəf olan küncü. Xanpəri .. sağ əli ilə qaşlarına sığal çəkdi, gözlərinin bulağını sildi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....