Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BUDAMAQ
f. 1. Ağacın, kolun quru və ya artıq budaqlarını kəsmək, ya qısaltmaq. Yaz gələndə ağacları budayırlar ki, yaxşı inkişaf etsin.
2. məc. Döymək, vurmaq, əzişdirmək. Məhlim, bizi sən yaratmısan? - deyə əlinə tüpürüb, çomaqnan ala Mahmudu yıxılanacan budadı. “Qaçaq Nəbi”. Əgər səni bu məzhəbdə görərlər; Yerbəyer budayıb əzər, ağlarsan. M.V.Vidadi.
// məc. Öldürmək, doğramaq, kəsmək. Qəmzən qılınc çəkib budar da məni; Başın üçün qoyma bu darda məni. M.P.Vaqif. Qəza tutdu, qədər məni budadı; Ağlatdı dostları, güldürdü yadı. Aşıq Ələsgər.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....