Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BUCAQ
is. 1. Bir şeyin iki daxili tərəfinin birləşdiyi yer; künc, guşə. Dilşad ceyran kimi ürkərək otağın bucağına qısıldı. M.S.Ordubadi. Bizdən əvvəl böyük qardaşım yük altında bir bucağa sığınmış quşu qaldırıb:
Tutdum, kəklikdir, - dedi. A.Şaiq.
// məc. Ümumiyyətlə, bir yer, sığınacaq, daldalanacaq; guşə, bucaq. İstərdi fərağətilə bir dəm; Tənha tuta bir bucaqda matəm. Füzuli. Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud; İnsanlar daha məsud. M.Müşfiq. [Ana] daldalanmaq üçün bir bucaq axtarır. Ə.Məmmədxanlı.
// məc. Uzaq bir yer. 16-cı ilin axırlarında bütün ölkə əhalisindəki təlatüm bu uzaq bucaqlara .. da təsirsiz qalmadı. H.Nəzərli. Köhnə Azərbaycanın uzaq bir bucağında .. qoca Həsən dayının alçaq koması vardı. R.Rza.
2. Riyaziyyatda: bir nöqtədən çıxan iki xəttin əmələ gətirdiyi həndəsi fiqur. Kütbucaq (90°-dən çox). Düzbucaq (90°). İtibucaq (90°-dən az). 0 Bucaq-bucaq gəzmək - hər yeri axtarmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....