Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BU
iş. əvəz. 1. Zaman və ya məkan daxilində bilavasitə göz qabağında olan şeyi göstərir, həm də ismə konkretlik verir (o müqabili). O bu evdə yaşayır. Bu kitabı oxudum. Bu şeylər kimindir? - [Qoca:] Bilin ki, bu şəhərin hər daşına bir iyidin qanı tökülüb. M.Hüseyn.
Qoşa olan iki şeyin birincisini göstərir (o biri müqabili). Çayın bu sahilində. Meydanın bu tərəfində. - Qəmər xanım .. astanadan bu taya adladı. M.İbrahimov. [Ayaz:] Bu dəfəlik məni yerə vurma, Elman əmi. Ə.Məmmədxanlı.
İs. mənasında. Haqqında danışılan, göz qabağında olan hadisə, şey. Bu mümkün deyil. Bu bizim tanış idi. Bu necə olmuşdu?
□□ Bu biri - başqa, digər. Atasının səsini eşidib Xalıq bu biri otağa yüyürdü. S.Rəhimov. Bununla belə - baxmayaraq. Bununla bərabər - eyni zamanda, yanaşı olaraq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....