Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BÖYÜTMƏK
f. 1. Böyük eləmək, iriləşdirmək; genişləndirmək. Şəkli böyütmək. Otaqların arasını açıb böyütmək. Bağın sahəsini böyütmək. - Əhməd elə fikir eləyirdi ki, .. özü qazandığı pulların köməyi ilə alverini böyüdəcək, bir neçə gündən sonra, birinci tacirlər sırasına daxil olacaqdır. B.Talıblı.
// İri, böyük göstərmək. Mikroskop şeyləri dəfələrlə böyüdür.
// Mübaliğə etmək, şişirtmək. Məsələni böyütmək lazım deyil.
2. Boya-başa çatdırmaq, tərbiyələndirmək, yetişdirmək. Qızı nənəsi böyütmüşdür. Uşaq böyütmək çətin işdir. - Məmməd uşaqlarını böyüdüb, müəyyən yaşa yetirdikdən sonra bunları məktəbə qoydu. “Aşıq Qərib”. [Çimnaz:] Bu daxmada sənin kimi qız, Bülənd kimi oğul böyütmüşəm ki, bütün dünyanın xəzinələrinə dəyişmərəm! Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....