İzahlı lüğət

BÖYÜR

is. 1. Bədənin çiynindən ombaya qədər olan sağ və sol tərəfi. Böyrü əzilmək. Böyrü üstə uzanmaq. - Namərd güllə yazıq uşağın sol böyründən dəyib, kürəyindən çıxmışdı. S.S.Axundov. Uşaq yumaq kimi bükülüb, böyrü üstə yıxılmışdı. Ə.Məmmədxanlı.
// Heyvanlar haqqında. İnəyin böyrü batmışdır.
2. Yan. Qab böyrü üstə düşdü. - [Məmməd:] Bütün köhnə, böyrü üstə əyilmiş Çəmbərəkəndi yox olmuşdur. C.Cabbarlı. Qayıq dəniz buruqlarının, böyründən şütüyərək açıq dənizə çıxdı. M.Hüseyn.
□□ Böyrü üstə yatmaq - heç bir iş görməmək, tənbəllik etmək. Böyrünü yerə vurmaq - 1) yan üstə uzanmaq. Böyrün yerə vurub çoban dağ üstə; Hərdən deyir bir yanıqlı şikəstə. A.Səhhət; 2) bax böyrü üstə yatmaq. Böyürdən törəmə - gözlənmədən meydana çıxan şey haqqında. Böyürdən çıxmaq - gözlənmədən ortaya çıxmaq. Əlini böyrünə vurmaq - b ax böyrü üstə yatmaq.
böyür-böyürə zərf Yan-yana, bir-birinin yanında, bir-birinə lap yaxın. Böyürböyürə oturmaq. Böyür-böyürə yaşayırsınız, bir-birinizdən xəbəriniz yoxdur. - Hatəm dayının nəzərləri .. gəlib çardaq altında böyür-böyürə vermiş dolu çuvallarda dayandı. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed