Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

BÖYÜK

sif. 1. Kəmiyyətcə, ölçücə yekə, iri (kiçik ziddi). Böyük daş. Böyük şəhər. Böyük ev. - Ağarza yoldan kənara çəkilib, böyük və soyuq bir daş üstündə oturdu. Mir Cəlal. \Göyərçin:] İsmayılzadə deyir ki, bu il böyükbir saray tikəcəyik... Z.Xəlil.
// Geniş, vüsətli. Böyük meydan. Böyük sahə.
Bəzi isimlərin qabağında gücləndirici məna daşıyır. Böyük fayda. Böyük sürət. Böyük məmnuniyyətlə. Böyük maraq. Böyük dərd. Böyük arzu. Böyük sevinc. Böyük ləzzət. Böyük həvəslə. Böyük minnətdarlıq hissi ilə. - Qəhrəman həqiqətən anası Gülüşgəlindən də böyük nəvazişlər görmüşdü. S.Rəhimov. Sözlər aydın, fikir dərin; Məna böyük, məktub qısa. R.Rza.
Çox güclü, çox şiddətli. Böyük tufan. Böyük daşqın. Böyükyanğın.
Yaşca o birindən artıq olan. Böyük qardaş. Böyük oğul. Böyük bacı.
// İs. mənasında. Yaşlı, qoca (çox vaxt cəm şəklində işlənir). Böyüklərə hörmət lazımdır. - Aqil böyüklərə məxsus bir ədəblə çəngəl-bıçaq almış, çörəyini, xörəyini qabağına çəkmişdi. Mir Cəlal. Şirmayı böyüklərin söhbətinə qulaq asmağa sonsuz bir maraq göstərirdi. M.Hüseyn. Elə bir zamandan danışıram ki, böyüklərin xatirəsində çox yaxşı qalıb, kiçiklərin isə heç ağlına gəlməz. S.Rəhman.
Böyüklə böyük, kiçiklə kiçik - hər kəslə yola gedən, hər şeyin məqamını bilən, hörmətcil adam haqqında. Yeri gələndə \Möhsün bəy] böyüklə böyük, kiçiklə kiçik idi. S.Rəhimov.
Sayca çox, külli miqdarda olan. Böyük dəstə. Böyük kapital. Böyük məbləğ. Böyük ailə.
// İzdihamlı, qələbəlik, təntənəli, dəbdəbəli, əzəmətli. Böyük ziyafət. Böyük qonaqlıq. Böyük nümayiş.
Fövqəladə tarixi və siyasi əhəmiyyəti olan.
// Elm, ədəbiyyat və incəsənət əsərləri haqqında. Azərbaycan klassik ədəbiyyatının böyük əsərləri. Yazıçılarımız, bəstəkarlarımız əsrimizə layiq böyük əsərlər yaratmışlar.
Dahi, ulu, xariqüladə zəka sahibi olan. Böyük Nizami. Böyük rəhbər. Böyük sərkərdə. Böyük insan.
// Tarixdə çox görkəmli rol oynamış şəxsiyyətlərin adlarına əlavə edilən epitet. Böyük Pyotr. Böyük İsgəndər.
// Görkəmli, məşhur ad və hörmət qazanmış. Səy elə sən də böyük insan ol; Doğruluqla bu ada şayan ol! A.Səhhət. \Tamam:] Sən heç kəsə qulaq asma, get oxu, böyük adam ol. S.S.Axundov.
// Mahir. Öz işində böyük ustadır.
Çox mühüm, əhəmiyyətli, vacib. Böyük iş. Böyük məsələ. - Böyük günlər, şanlı günlər, şən günlər; Yoluna düşən günlər; Hələ qarşımızdadır. M.Müşfiq. \Şair] Afaqı tapmaq, onu görmək, ona deyilməmiş böyük sözünü demək istədi. Ə.Məmmədxanlı.
is. dan. Başçı, rəis, rəhbər; başda duran, idarə edən adam, yüksək vəzifə sahibi. Ailənin böyüyü kimdir? Qoşun böyüyü. - Böyüklərdə güc olar, yalan olmaz. (Ata. sözü). Kənddə qiyamətdi.. Naçalnik gəlib kəndə. Yanınca o qədər böyük gəlib ki, lap məəttəl qalmalı işdi. C.Məmmədquluzadə. İndi Hacı Əsgər mötəbər şirkətin bani və böyüyü hesab olunur. S.M.Qənizadə.
böyük-böyük 1. zərf Yekə-yekə, lovğa-lovğa. Böyük-böyük danışmaq.
2. sif. Böyüklük və eyni zamanda çoxluq göstərir. Böyük-böyük evlər. Qarşımızda böyük-böyük məsələlər durmuşdur. Çöllərdə böyük-böyük sürülər otlayır.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....