BÖRKis. Papaq, baş geyimi. Mollanın börkünü çalıb oğru; Yüyürüb qaçdı bir bağa doğru. M.Ə.Sabir. [Xudayar bəy:] Kişi börkünü başına nədən ötrü qoyur? Ondan ötrü qoyur ki, ona kişi desinlər. C.Məmmədquluzadə.
□ Börkünü göyə atmaq - b ax papağını göyə atmaq (“papaq” sözündə). Kəblə İmaməli, .. Məşədi Bayram o qədər sevindilər ki, az qalırdılar börklərini göyə atalar. C.Məmmədquluzadə. Dostlarınızla paylaşın!
|
Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın. |