Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BÖHRAN
is. [ər.] 1. iqtis. Xırda istehsalatçıların iflasına, istehsalın azalmasına səbəb olan dövraşırı nisbi həddən artıq əmtəə istehsalı. İqtisadi böhran. Sənaye böhranı. Aqrar böhranı.
Qıtlıq. Yanacaq böhranı.
tib. Xəstəliyin gedişində xəstənin vəziyyətinin ya yaxşılaşması, ya da pisləşməsi ilə nəticələnən dönüş nöqtəsi. Qızılcanın böhran dövrü. - Var ümidim ki, gələ bir sənə səhhət tapasan; Gözləyir təbibin hələ böhran, Yusif! S.Ə.Şirvani. [Gülcahan:] Həkim gündə iki dəfə gəlir... On birinci günündə böhran olacaq [deyir] N.Vəzirov.
məc. Bir şeyin gedişində sərt dönüş, kəskin dəyişiklik. [Müəllim:] Xüsusən uşaq on dörd, on beş yaşlarında ikən çox mühüm bir böhran keçirmək zamanıdır. A.Şaiq.
// Ümumiyyətlə, ağır vəziyyət, ağır hal. [Şirin] əsəbi bir böhran keçirir. İ.Əfəndiyev.
□□ Siyasi böhran - ölkədə xalq kütlələrinin hökumətin siyasətindən qəti surətdə narazı qaldığını göstərən siyasi vəziyyət. Hökumət (yaxud kabinə) böhranı - köhnə hökumətin istefaya çıxması məsələsi həll olunub, yeni hökumətin isə hələ düzəldilməmiş olduğu dövr.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....