Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

BOZ1

sif. 1. Kül rəngli, qara rənglə ağ rəngin qarışmasından əmələ gələn (rəng). Boz torpaq. Boz at. Boz qurd. - Həyətdəki sarı dirəyə ombaları çıxmış bir boz at bağlanmışdı. S.Rəhimov. ..Boz qanqallar da çiçək açmışdır. İ.Əfəndiyev. [Mahmud:] Kəndimizin, onun boz çinarlarının, sərin bulaqlarının əvəzi varmı? Z. Xəlil.
Tutqun, dumanlı, çiskin. [Hacı Murad:] Sabah, Allah qoysa, qurtarrıq, hava da bozdur; bu dəxi yaxşıdır. N.Vəzirov. Səhərə məxsus ruzgar, yaşıl təpələrin üzərinə çəkilən dumanların boz yorğanını [atdı].. M.S.Ordubadi.
Bitkisiz, çılpaq. Boz çöllər. Boz yerdə ot bitməz. - Parça-parça düşərək quşbaşı göydən yerə qar; Sarılır ağ mitilə boz dərə, çöllər, dağlar. A.Şaiq. Buruqlarım hayqıraraq, nərə salır boz çöllərə. S.Vurğun.
məc. dan. Utanmaz, nəzakətsiz, həyasız, çəkinməyən, sərt, qaba danışan. Boz adam.
□□ Boz sifət göstərmək - üzə bozarmaq, nəzakətsizlik etmək, özünü qaba, ədəbsiz aparmaq. Qəhrəmanın ciddi təkidi müqabilində Rüstəm acıqlanır, ona boz sifət göstərirdi. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....