Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

BOYA

is. 1. Bir şeyə müəyyən rəng vermək, bir şeyi boyamaq, yaxud rəsm çəkmək üçün işlədilən rəng maddəsi. Qırmızı boya. Yağlı boya. Sulu boya. - Gülnaz gülərək, yerindən cəld qalxdı, iplərin boyalarına bulaşmış barmaqları ilə artırmaya atılmış dolulardan götürdü.. Çəmənzəminli.
Ton, rəng, xüsusiyyət (rəsmdə, təbiətdə və s.). Bu rəssamın əsərləri öz boyaları ilə nəzəri cəlb edir. Klubun şəfəq saçan boyaları.
// Məc. mənada. Getdikcə ictimai həyat öz boyasını dəyişirdi. C.Cabbarlı. Təbiətdəki hər mülayim cizgi, hər tanış boya dəyişilmiş, yabançılaşmışdı. Ə.Məmmədxanlı.
məc. Təsviri, nitqi, ahəngi, üslubu canlandıran, gözəlləşdirən ifadə vasitəsi mənasında (çox vaxt cəm şəklində). Bizim məsələmizi nə hicran kəlmələrinin cürbəcür boyalarda verilməsi, nə də iztirabın dəhşətli qiyafədə təsəvvür edilməsi həll etmir. M.S.Ordubadi. Vaqiə aristokrat həyatından götürülmüş bir əyyaşın əhvali-ruhiyyəsini kəskin boyalarla təsvir edirdi. A.Şaiq. [Nərimanovun] .. “Pir” povesti din, xurafat üstündə qurulmuş Şərq cəhalətini dərindən və son dərəcə realist boyalarla ifşa edir. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....