Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BOY1
is. 1. Bədənin uzunluğu; qədd, qamət. Boyu uca adam. Boyu qısa. Sənin boyda. Bir boyda. - Bir balaca boyu var, ev dolusu toyu var. (Tapmaca).
// Bədən quruluşu, bədəndə tənasüb. O qadının heç boyu yoxdur.
Ümumiyyətlə, uzunluq. Gəbənin boyu. Otağın boyu altı metrdir.
Yüksəklik, hündürlük. Ağacın boyu.
Adətən boyda şəklində - böyüklükdə. Bu boyda balıq görməmişəm. - Bundan təkcə bir adama zərər dəymir, bu boyda məmləkətin işi axsayır. M.Hüseyn. [Mədəd:] ..Bu boyda kənddə bizdən savay adam tapmadınız, qəzetə vurasınız? İ.Əfəndiyev. //Adətən
boyu, boyunca, boyunda, boyu ilə şəklində zərf mənasında işlənərək, bir şeyin uzununa davamını, uzunluğunu, böyüklüyünü, yaxud müddətcə davamını bildirir. Sahil boyunca ağaclar əkilmişdir. - Xəzər boyu yol uzanır dağ ətəyilə. R.Rza. Nur saçır Mingəçevir; Gülür Kür boyu dağ-daş. Ə.Cəmil. Ancaq bunlar tarix boyu bizi qazma daxmadan çıxara bilməmişdi. Mir Cəlal. Bu torpaqlar əsrlər boyu xalqımızın alın təri və qanı ilə suvarılmışdır. Ə.Məmmədxanlı.
□□ Boy atmaq - 1) uzanmaq, böyümək, inkişaf etmək. Uşaq boy atır. Ağac boy atır. Hər bir bitki cücərib boy atmaq və məhsul vermək üçün torpaqdan qida almalıdır. Tarlalarda milyonlarla pambıq cücərtiləri yavaş-yavaş boy atır. - Siz sərv kimi sərkeş olub böylə boy atdız. M.Ə.Sabir. Burda, bu ağacda hər oğlan, hər qız; Bir zaman boy atıb bir nər olacaq. S.Vurğun; 2) məc. İnkişaf etmək, tərəqqi etmək, irəliləmək, təcrübə qazanmaq, bərkimək, bişmək. Biz bu dostluq yollarında böyümüşük, boy atmışıq. S.Rüstəm. Döyüşlərdə zəfər çaldın, boy atdın. R.Rza. Mən sevirəm üzərində boy atdığım torpağı. Ə.Cəmil. Biz gözümüzü həyata burada açmış, onun göyləri, ulduzları altında boy atmışıq. Ə.Məmmədxanlı. Boy çəkmək - bax boy atmaq 1-ci mənada. Boy durmaq - ayaq üstə düz durmaq. Boy görmə - köhnə məişətdə: hədiyyə apararaq, gəlinlə ilk dəfə görüşmə. Boy vermək - 1) b ax boy atmaq 1-ci mənada;
boyca, yaxud uzunluqca bərabər olmaq;
adam boyundan yuxarı olmamaq (suyun səviyyəsi). Boya-başa yetirmək (çatdırmaq, çıxarmaq) - yetişdirmək, tərbiyələndirib böyütmək. [Hacı Murad:] Budur, on iki ildir ki, mən ata-anasız yetimi .. boyabaşa çatdırmışam. S.S.Axundov. [Qızın anası:] Hey, hey, zəhmət çəkmişəm, qız böyüdüb boya-başa çatdırmışam. Uşağımdan bezar ki deyiləm. H.Sarabski. Cavanları tərbiyələndirmək, onları gələcək üçün, ölkə üçün yetişdirib boya-başa çatdırmaq əlavə diqqət və qayğı tələb edirdi. M.Hüseyn. Boya-başa yetişmək (yetmək, çatmaq, çıxmaq) - yetişmək, böyümək, tərbiyələnib ortaya çıxmaq. Boya-başa çatan cavan .. faşistlərin əlində əsir olub qalacaqdımı? Ə.Əbülhəsən. Boy-boya vermək - ayaq üstə dayanmaq (bir neçə adam haqqında). [Ballı:] Niyə belə boy-boya veribsiz? İ.Əfəndiyev. Boyu dolu - hamilə. Səbanın qarnı gözümə bir cür dəydi, - deyə Qaraxan .. arvadından soruşdu. - Boyu doludur, dayna, deyə arvadı cavab verdi. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla