Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BİTİRMƏK1
f. 1. Axıra çatdırmaq, başa çatdırmaq, tamamlamaq, qurtarmaq. Söhbəti bitirmək. Məktəbi bitirmək. - Nazlı nağılını bitirib, Ağabəyimin üzünə baxdı. Uşaq totuq əlini yanağına söykəyib, çoxdan yatmışdı. Çəmənzəminli. Hədiyyə naharını təzəcə bitirmişdi ki, qapıda maşın səsləndi. Mir Cəlal.
Yerinə yetirmək, görüb qurtarmaq. Zavod öz illik planını vaxtından əvvəl bitirmişdir. İşimi bitirən kimi kinoya gedəcəyəm.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....