Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BİŞÜUR
sif. [fars. bi... və ər. şüur] Şüursuz, anlaqsız, qanacaqsız, düşüncəsiz. Bişüur adam. - [Qaraş:] Süleyman bəyin də, yoldaşlarının da güdaza getməyi, sən [Həsənəli] kimi bişüur yoldaşların bərəkətindəndir. C.Məmmədquluzadə. [Mayor:] Elə igid xalqdan bu cür bişüur oğlan .. heç gözləməzdim. M.Hüseyn.
// İs. mənasında. Bu bişüurların ağlına, kamalına bax bir! M.Ə.Sabir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....