Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BİŞMƏK
f. 1. Odda qızarmaq və ya suda qaynamaqla çiyliyi rəf olmaq, yeyiləcək hala gəlmək. Ət bişdi. Lobya bişdi
xüs. Odun, şiddətli hərarətin təsiri ilə bərkiyib saxsılaşmaq (saxsı, kərpic və s. haqqında).
məc. Təcrübələnmək, ustalaşmaq, püxtələnmək, bərkdən-boşdan çıxmaq. Adam işdə bişər. - [Dəmirov:] Ancaq hələlik burada bişərsən, sonra baxarıq. S.Rəhimov.
// Eyni mənada “bişib-bərkimək” şəklində. Muzdur Məşədi Əsgər iyirmi səkkiz ilin ərzində su ilə od arasında bişib-bərkidiyindən əsla azar-bezar bilməzdi. S.M.Qənizadə.
// Yetişmək, kamilləşmək, kamala çatmaq. [Toxtamış:] Fikrim bişmiş və kamala çatmışdır. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....