Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

BİŞİRMƏK

f. 1. Odun üstündə qaynatmaqla, qızdırmaqla yeyiləcək hala gətirmək, hazırlamaq. Xörək bişirmək. Aş bişirmək. Kabab bişirmək.
xüs. Odun, şiddətli hərarətin təsiri ilə sıx bərkidib, saxsılaşdırmaq və bu vasitə ilə hazırlamaq (saxsı şeylər, kərpic və s. haqqında). Kərpic bişirmək.
Yandırmaq, çox təsir etmək (isti, od haqqında). Gün başımı bişirir.
məc. dan. Hazırlamaq, təcrübə qazandırmaq, püxtələndirmək. Onu işdə bişirmək lazımdır.
məc. dan. İnandırmaqla, yaxud dilə tutmaqla birini yola gətirmək, bir işə razı etmək, qabaqcadan hazırlamaq; tovlamaq, qılığına girmək. [Əşrəf] təyyarəçi olmaq arzusunun qətiyyətinə inanandan sonra, anasını “bişirmək”, yola gətirmək xəyalına düşdü. Mir Cəlal.
□□ Başını bişirmək - b ax baş.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....