Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
BİRCƏ
1. say. Yalnız bir, tək bir, yalnızca, təkcə, yeganə, vahid. Onun bircə uşağı var. Bircə gün bu işə bəsdir. Bircə saat gözlə.
Güllə Əlinin tüfəngini saldı yerə. Nəbigildə bircə tüfəng qaldı. “Qaçaq Nəbi”. Biçarə həkim börkünü götürüb bircə dəfə “xoroşo” deyib çıxıb getdi. C.Məmmədquluzadə. [Mehrixanım:] Sən mənim bircə balamsan! Ə.Haqverdiyev.
// Ancaq, yalnız. [Nəbi kişi:] Cərgədən çıxmaq bircə öləndə, hələ ona da baxarıq. S.Rəhimov. [Qadın:] Anası ölmüşlərdən çoxdandır kağız yoxdur. Bircə böyüyündən gəlib.. M.Hüseyn.
// Heç olmasa, heç olmasa bir. Bəlkə düşə bircə qaranquş ələ; Ta yeyibən loğmanı canə gələ. S.Ə.Şirvani. Keçən günü bircə salsan yadına; Dostu atmaq layiq deyil adına. Aşıq Kərəm.
əd. Arzu bildirir. Bircə gələydi. Bircə görsəydim. - İncimərəm sənin şirin felindən; Əhdim budur bircə qucum belindən. (Qoşma). [Pəri xanım:] Ay Sona! Neçə vaxtdır ha yığışıram bircə səni görməyə gəlim. Amma görürsən, iş düşür. Ə.Haqverdiyev.
əd. Hədə, təhdid bildirir. Bircə bura gəl, gör sənə nə edərəm.
əd. Təkid, xahiş bildirir. [Tubu:] Bircə de görüm Aslanın işi hancarı oldu? Ə.Haqverdiyev. [Əminə:] Bircə farağat dur, .. göz dəyər sana! S.Vurğun. [Əsəd] - Bircə buradan bax, - deyə Mahmud əmiyə təklif etdi və qolundan yapışıb dartmaq istədi. B.Talıblı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....